Saytımızı qiymətləndirin


 
 

"Dəhlizdən keçən ermənilər Bayrağımızın Xankəndinə daha yaxın olduğunu görürsə..."
Tarix: 25-08-2021 | Saat: 19:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 
Dəhlizə və rusların nəzarətində olan ərazilərimizin on kilometrlərlə dərinliyi 24 saat müşahidə altında saxlanılır... 
Bir neçə dəfə mətbuatda bildirmişəm ki, Ordumuz Qarabağda rəsmi mənbələrdə açıqlananlardan daha artığını edir. Bu gün də eyni fikirdəyəm, buna dair son statusu 11 avqustda yazmışam. Laçın dəhlizi barədə dünən yazdığım son status da bu əraziyə daha geniş miqyasda vizual nəzarət imkanlarımızın artması ilə əlaqədar idi. Bəziləri bu açıqlamanı Laçın dəhlizin bağlanması kimi qəbul etdilər, lakin statusda nəzrətdən söhbət gedir və təbii ki, bu dəhlizin bağlanması anlamına gəlmir. Amma Ermənistan tərəfi birgə Bəyanatın şərtlərinə əməl etməməkdə davam edərsə, Laçın dəhlizinin və ya bu dəhlizə gələn yolun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanması cavab addımı kimi istisna edilmir. Bu artıq başqa bir mövzudur.
Dəhlizin ərtafında yerləşən mövqelərimiz kifayət qədər üstün imkanlara malikdir, bu mövqelər mühəndis təminatı baxımından fasiləsiz olaraq  möhkəmləndirilib. Yeni mövqelər əldə etdiyimiz şübhəsizdir. Bunu Ermənistanın baş naziri N.Paşinyan da bir neçə dəfə hökümətin və parlamentin iclaslarlnda təsdiqləyib. Ermənistanın AB, və İran səfirlərini də bu bölgələrə dəvət etməsi, Azərbaycan Ordusunun mövqelərinin yaxınlaşdığı barədə diplomatlarda fikir formalaşdırmaqdan ibarət idi. 
 
Azərbaycanla sərhəddə və rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə, o cümlədən Laçın dəhlizinə yaxın yaşayan ermənilərin dəhlizin bağlanması barədə son günlərdə narahatlıq ifadə etməsi də Ordumuzun mövqelərini yaxşılaşdırması ilə əlaqədardır. Hər dəfə dəhlizdən istifadə edərkən yolunu azan ermənilər üçrəngli Bayrağımızın həm dəhlizə, həm də Xankəndinə daha yaxın olduğunu müşahidə edirsə, təbii ki, bundan narahat olmalıdır. Xankəndində qalan ermənilərin bir hissəsinin iş üçün ordumuzun zabiti vasitəsilə Azərbaycana müraciət etməsi, mövqelərimizin Xankəndinə yaxın olmasını və sadə ermənilərə olan normal münasibətimizi nümayiş etdirir.
 
Hazırda ən yaxın məsafədən Laçın dəhlizindən Xankəndi yaxınlığında yerləşən Şuşanın kəndlərinə qədər ərazilərdə baş verən hadisələri vizual olaraq izləyə bilirik. Bu ilin yanvar ayında Daşaltı və Şuşa şəhərinə ilk səfərimdən sonra verdiyim ilk təklif dəhlizin texniki vasitələrlə hansı nöqtələrdən izlənilməsi ilə bağlı olub. Bu fəaliyyətlər yalnız mənim təklifimlə həyata keçirildiyini iddia etmək fikrindən uzağam, bu hər bir zabitin ərazi və əməliyyat şəraiti ilə tanış olduqdan sonra gələ biləcəyi bir qənaət idi. İndi isə müşahidələrim və topladığım məlumatlar, bu imkanların daha da yaxşılaşdırıldığını iddia etməyə əsas verir. 
 
Seperatçıların rəsmi nümayəndəsi Tiqran Abrahamyan keçən ilin sonunda öz “Facebook” səhifəsində yazırdı: “Turşsu-Şuşa yolunda həm AZE nömrəli avtomobillərə, həm də magistralla at və ayaqla gəzən azərbaycanlılara rast gələ bilərsən”. İndi isə müşahidə və nəzarət fəaliyyətləri həm dəhlizin başladığı ərazi, həm də Xankəndi istiqamətində yerləşən Şuşanın Qaybalı və Xəlfəli kəndlərinə qədər ərazilərdə genişləndirilib. Bu ərazilərdə olan mövqelərimiz rusların nəzarətində olan həm Laçın dəhlizinin, həm də Şuşa -Xankəndi yolunun detallı bir şəkildə izlənilməsini təmin edir. Xəlfəli kəndindən Xankəndinə çəkilən su xətti yaxınlığındakı yüksəklikdə Bayrağımız da dalğalanır. 14 km-lik Şuşa-Xankəndi yolunun 7 km-lik ərazisində əsgərlərimiz xidməti vəzifələrini yerini yetirir. Mövqelərin mühəndis təminatı davam edir. Dəhlizə və rusların nəzarətində olan ərazilərimizin on kilometrlərlə dərinliyi müşahidə məntəqələrinin və bu məntəqələrdə olan müxtəlif vasitələrin, o cümlədən elektron optik və digər termal texniki vasitələrin köməyi ilə 24 saat müşahidə altında saxlanılır. Orda baş verənlər kameraların yaddaşına yazılır və yuxarı komandalığa real zamanda ötürülür. 
 
Baş verən proseslər Azərbaycan Ordusunun məqsədlərinə doğru inamla irəllədiyini göstərir. Gələn həftə adını çəkdiyim ərazilərə səfər edərək həm hərbçilərimizə təşşəkür etməyə, həm də hadisələri yerində izləməyə çalışacam.
 
Bütün bunlar sərhədlərimiz və rusların nəzarətində olar ərazilərin perimetri boyu gecə gündüz demədən, isti soyuq bilmədən fədakarcasına  xidmət edən qəhrəman Ordumuzun şəxsi heyətinin şücaəti sayəsində mümkün olur. Həm 30 illik məğlubiyyət yükünü çiynimizdən endirməyə, həm bizlərə Qələbə qürurunu yaşatmağa, həm də hər imkanda düşməni sıxışdırmaqla şərtləri diktə etməkdə davam edən Ordumuz qarşısında baş əyirik. Bu yolda həyatını və sağlamlığını qurban verənlərə nə qədər dua və təşəkkür etsək, yenə də azdır.
Xankəndi və Zəngəzur Azərbaycandır!
 
Ədalət Verdiyev, hərbi ekspert


Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər