Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi Azərbaycan sülhməramlılarına təşəkkür edib
Tarix: 20-08-2021 | Saat: 21:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

NATO Baş katibi Azərbaycan sülhməramlılarına təşəkkür edib
Yens Stoltenberq

"Əfqanıstandakı Həmid Karzay Beynəlxalq Hava Limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq".

Qarabaginfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransından sonra alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, NATO Əfqanıstanda terror təşkilatlarının təkrar kök salınmasına imkan verməyəcək.

"Hazırda dünyanın gözü Əfqanıstandadır. Gün ərzində fasiləsiz olaraq təxliyə işləri aparırıq. Türkiyə bu prosesdə açar rolu oynayır. Xüsusilə, Türkiyə, ABŞ və Böyük Britaniyaya təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyinin təminatında oynadığı rola görə minnətdarıq", - Y.Stoltenberq bildirib.(Report)



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər