Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN 10 noyabr üçtərəfli bəyanatının icrasını prioritet sayır
Tarix: 19-08-2021 | Saat: 18:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransında deyib.

"Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır", - Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası və demarkasiyası prosesinə tövhə verməyə hazırdır. XİN sözçüsü 17 avqust tarixində Moskvada baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşün nəticələrini yüksək qiymətləndirib.

"Məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacardılar. Fikrimizcə, bu, bölgənin əhəmiyyətli iqtisadi potensialının açıqlanmasına töhfə vermək məqsədi daşıyır".



Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər