"Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır", - Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası və demarkasiyası prosesinə tövhə verməyə hazırdır. XİN sözçüsü 17 avqust tarixində Moskvada baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşün nəticələrini yüksək qiymətləndirib.
"Məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacardılar. Fikrimizcə, bu, bölgənin əhəmiyyətli iqtisadi potensialının açıqlanmasına töhfə vermək məqsədi daşıyır".