Saytımızı qiymətləndirin


 
 

Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Tarix: 13-08-2021 | Saat: 12:00
Bölmə:Karusel / Təhsil | çapa göndər

Memarlığa qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

 

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün avqustun 20-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

 

Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.

 

Qabiliyyət imtahanlarının 24-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur.

 

QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.

 

Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcəkdir.

 

Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2021-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci sayında verilib.

 



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər