Saytımızı qiymətləndirin


 
 

"Ərazi fəth etmək niyyətimiz yoxdur" - Paşinyan danışıqlara başlamağa hazırdır
Tarix: 12-08-2021 | Saat: 11:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Ərazi fəth etmək niyyətimiz yoxdur" - <span style="color:red">Paşinyan danışıqlara başlamağa hazırdır</span>

“Ermənistanın ərazi fəth etmək niyyəti yoxdur. Qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılması hökumətin xarici siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Təəssüf ki, bəzi qüvvələr Ermənistanın qonşu ölkələrə qarşı təcavüzkar siyasət yürütməsi kontekstində silahlı qüvvələrdə aparılan islahatları əsas gətirərək Ermənistanın niyyətini yanlış şəkildə təqdim etməyə çalışırlar”.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bugün keçirdiyi hökumət iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrini təcavüz məqsədilə yox, mümkün təcavüzdən qorumaq üçün inkişaf etdirəcək.

"Niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Heç bir aqressiv niyyətimiz yoxdur. Biz zəruri hallarda birbaşa təmaslar və beynəlxalq tərəfdaşların dəstəyi ilə bu kontekstdə fəal dialoqa başlamağa hazırıq", - Ermənistan lideri əlavə edib.(Qazet.az)



Xəbəri paylaş

355 dəfə oxunub.

Digər xəbərlər