Saytımızı qiymətləndirin


 
 

ABŞ Ukraynaya “S-400“ raketlərinin verilməsinə çalışır?
Tarix: 20-03-2022 | Saat: 09:49
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ hərəkətə keçdi: Ukraynaya “S-400“ raketləri verilir?

ABŞ Türkiyə ilə Rusiya istehsalı olan "S-400" raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını qeyri-rəsmi şəkildə müzakirə edib. 

Qarabaginfo.az xəbər verir ki,  bu barədə “Reuters” üç mənbəyə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, ABŞ rəsmiləri bu təklifi ötən ay türkiyəli həmkarları ilə müzakirə ediblər, lakin heç bir konkret və ya rəsmi nəticə alınmayıb.

Onlar əlavə ediblər ki, məsələ dövlət katibinin müavini Vendi Şermanın bu ayın əvvəlində qısa müddət ərzində Türkiyəyə səfəri zamanı gündəmə gəlib.

Qeyd olunur ki, Bayden administrasiyası müttəfiqlərindən "S-300" və "S-400" sistemlərinin Ukraynaya təhvil verilməsini nəzərdən keçirməyi xahiş edir. Analitiklər bu təşəbbüsün Türkiyə tərəfindən qəti şəkildə rədd ediləcəyini proqnozlaşdırırlar.

Onlar ABŞ və müttəfiqlərinin Ukraynanı dəstəkləmək üçün daha çox şey edə biləcəyi ilə bağlı daha geniş müzakirənin bir hissəsidir.

Ekspertlər qeyd edirlər ki, Türkiyə indiki vəziyyətdə ülgüc üzərində addımlamağı bacarıb. Çünki Rusiyanın "S-400"-lərinin Ukraynaya verilməsi Rusiya Federasiyasının qəzəbinə səbəb ola bilər.(Moderator.az)



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər