Tarix: 10-08-2021 | Saat: 16:13
Bölmə:Karusel / Multimedia | çapa göndər
Əvvəlcədən vətəndaşlar kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılaraq Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilir.
Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 10-da saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə prokurorluqla sual-cavab adlı sessiya keçirilib. İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 87 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.
Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər xəbərlər