Saytımızı qiymətləndirin


 
 

Toy qaydalarının pozulmasına görə 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələnib
Tarix: 09-08-2021 | Saat: 09:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

7 və 8 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

 

- 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 5395 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 



Xəbəri paylaş

279 dəfə oxunub.

Digər xəbərlər