“Ruslar Qarabağa “Papua-Qvineya” da deyə bilərlər, bununla heç nə dəyişməyəcək...”
Tarix: 07-08-2021 | Saat: 16:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1330 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-08-2021 | Saat: 16:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Laçın dəhlizi açıqdır. Ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da rədd olub gedəcəklər... İkisindən birini seçməlidirlər...”
10 Noyabr üçtərəfli razılaşmasından bəri Rusiyanın nəinki Müdafiə Nazirliyi, elə Xarici İşlər Nazirliyi də rəsmi xəbər və açıqlamalarında “Dağlıq Qarabağ” birləşməsini işlətməkdə, Azərbaycanın rəsmi qurumları, o cümlədən Xarici İşlər Nazirliyi isə susmaqda davam edir. Halbuki, Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, çağdaş Azərbaycan Respublikasının izibati ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur... Hətta bu günlərdə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan torpağındakı sülhməramlı kontingentlə bağlı bölməsində Laçın rayonu “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edildi...
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu aşağıdakıları söyləyib.
“Bəli, dəfələrlə deyilib ki, Azərbaycanda “Dağlıq Qarabağ”adlı inzibati vahid yoxdur. Əvvəla, 1991-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) ləğv olunması haqda Azərbaycan Respublikası Ali Sovetinin qərarı var. İkincisi, DQMV yoxdursa, Dağlıq Qarabağ da yoxdur. Olan 28 il ərzində Dağlıq Qarabağ münaqişəsi idi. Onun da kökündə iki preambula vardı: birincisi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması, ikincisi, Azərbaycan ərazilərinin işğal faktoru. 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda geo-siyasi reallığı dəyişdiyi kimi, bəhs edilən iki preambuladakı məsələni də aradan qaldırdı. Yəni artıq nə Dağlıq Qarabağ var, nə də orada erməni qoşunları var. Ona görə də “Dağlıq Qarabağ” söz birləşməsinin işlənməsi yanlışdır. Amma ruslar, yaxud ermənilər oraya, istədikləri kimi, “Papua-Qvineya” desinlər, “Madaqaskar” da deyə bilərlər. Bununla heç nə dəyişməyəcək...”
Elçin Alıoğlu “Sizin dediklərinizdən belə çıxır ki, Azərbaycan dövlətinin Rusiyanın Müdafiə Nazirliyi və digər qurumlarının “Daqlıq Qarabağ” , “Daqlıq Qarabağın Laçın rayonu, yaxud Kəlbəcər rayonu” kimi yanlış inzibati birləşmələr işlətmələrinə reaksiya verməsinə ehtiyac yoxdur” sualını da cavablandırıb.
“Buna qətiyyən lüzum yoxdur... Qarabağ erməniləri deyirlər ki, milli müqəddəratı təyinetmə hüququ var. Tamam, var. “Biz azad yaşamaq istəyirik”- Yaşayın. “Azərbaycandan ayrı yaşamaq istəyirik”. Lap yaxşı, biz etiraz etmirik. Laçın dəhlizi var, buyurun, Azərbaycan ərazisindən çıxın, gedin Ermənistanda öz milli müqəddəratınızı təyin edin. Rusiyada özünüzə status axtarın. Çünki Krasnodarda 200 min, Moskvada 1 milyon, Sankt-Peterburqda 400 min erməni yaşayır. Qarabağda faktiki yaşayan ermənilərin sayı-12 min çoxdur, yoxsa 1 milyon? Gedin, qoşulun Rusiyadakı, yaxud Gürcüstandakı Samse-Cavaxetiyadakı ermənilərə, status tələb edin. Laçın dəhlizi açıqdır. Ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da rədd olub gedəcəklər... İkisindən birini seçməlidirlər. Çünki əgər mən futbol neydançasına futbol oynamaq üçün girmişəmsə, orada deyə bilmərəm ki, mənim burada basketbol oynamaq hüququm var... Basketbol oynamaq istəyən getsin basketbol arenasında oynasın. Bu qədər bəsit...” –deyə araşdırmaçı vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-03-2022, 11:57
İcra başçısı müavinini və baş mühasibi İŞDƏN ÇIXARDI - FOTO
10-03-2021, 16:39
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək
12-03-2022, 19:05
Zelenski: "Müharibədə Ukraynanın bir neçə şəhəri dağıdılıb"
7-11-2024, 13:44
Şoyqu: Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur
22-05-2020, 12:36
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
8-12-2021, 10:47
Ermənistanın xarici işlər nazirinin Fransaya səfəri gözlənilir
31-08-2023, 15:01
UEFA “Qarabağ”a ödəniş etdi
29-05-2021, 10:29
Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqlanıb
3-05-2025, 09:22
ABŞ Yəmənin qərbindəki Ras İsa limanına silsilə zərbələr endirib