“Rusiya hərbi kontingenti Qarabağda ola-ola Azərbaycan buradakı yurisdiksiyasını bərpa edə biləcəkmi?..”
Tarix: 26-05-2021 | Saat: 14:30
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1519 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-05-2021 | Saat: 14:30
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Ümumiyyətlə, Azərbaycan bunu iki yolla edə bilər...”
“Azərbaycan üçün hərbi yol risklidir, çünki bu halda Rusiya 2008-ci ildə Gürcüstana qarşı tətbiq etdiyi Cənubi Osetiya ssenarisinə əl ata bilər. Yəni, “sülhməramlıları” qorumaq adı altında bölgəyə əlavə hərbi güc yeritmək ki, bu da heç bir halda Azərbaycanın maraqlarına cavab vermir”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az əməkdaşının “Rusiya hərbi kontingenti Yuxarı Qarabağda mövcud ola-ola Azərbaycan dövləti Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və s. üzərində də yurisdiksiyasını bərpa edə biləcəkmi?” sualını cavablandırarkən hazırda ABŞ-da yaşayan tanınmış politoloq Ərəstun Oruclu dilə gətirib.
“Nəzəri baxımdan bəlkə də mümkündür. Amma praktiki olaraq bunu etməyin hal-hazırda əlverişli olduğunu demək olmaz. Ümumiyyətlə, Azərbaycan Yuxarı Qarabağın qalan ərazisindəki yurisdiksiyasını iki yolla bərpa edə bilər: hərbi və diplomatik-siyasi. Hərbi yol risklidir, çünki bu halda Rusiya 2008-ci ildə Gürcüstana qarşı tətbiq etdiyi Cənubi Osetiya senarisinə əl ata bilər. Yəni, “sülhməramlıları” qorumaq adı altında bölgəyə əlavə hərbi güc yeritmək ki, bu da heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Diplomatik-siyasi yol isə daha geniş və özündə az risklər daşıyan kompleks vasitələrdən ibarətdir ki, burda da ilk növbədə ölkəmizin yeritməli olduğu çoxvektorlu siyasi doktrinanın qurulması önəmlidir. Həmin doktrina isə yalnız paralel olaraq ölkənin işğaldan azad edilmiş ərazilərində hərbi gücünün artırılması şəraitində effektiv işləyə bilər” –deyə politoloq bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
14-12-2021, 17:09
Əhalisinin hamısı peyvəndlənən ilk ÖLKƏ məlum oldu
11-03-2022, 13:16
İlham Əliyev gürcüstanlı nazirlə görüşdü - Foto
19-05-2022, 17:14
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!
4-08-2022, 19:13
Dəniz bioloji resurslarının öyrənilməsinə dair monitorinq keçirilib
19-01-2026, 12:36
Polis iki günə 18 avtomat aşkarladı
7-02-2025, 07:39
USAID-in ləğvinə baxmayaraq ABŞ xarici yardımı davam etdirəcək
30-01-2025, 17:49
Rusiya Ukraynanın Sumı vilayətində yaşayış binasına zərbələr endirib, ölən və yaralananlar var
5-03-2022, 13:05
Türkiyənin iki təyyarəsi Ukraynada qaldı
26-11-2024, 15:12
I Pyotrun abidəsinin Moskvadan götürülməsi təklif olunub






" style="width: 670px; height: 340px;">








