Saytımızı qiymətləndirin


 
 

“Birgə təlimlər hərbi qüdrətimizin nümayişidir” - Kərəm Mustafayev
Tarix: 05-08-2021 | Saat: 14:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyənin Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişidir".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev deyib.

 

"Ulu öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib. Əlahiddə Ümümqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir", - komandan vurğulayıb.

 

Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlim keçirilib. 



Xəbəri paylaş

311 dəfə oxunub.

Digər xəbərlər