Tovuz rayonunda avtomobilin idarə etməsini itirən sürücü avtomobili çaya aşırıb.

Qarabaginfo.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəribli kəndində baş verib.

Qəza zamanı 2011-ci il təvəllüdlü 10 yaşlı Məmmədov Mayıl Rizvan oğlu və onun atası, 1985-ci il təvəllüdlü Məmmədov Rizvan Rafiq oğlu xəsarət alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və vəziyyətləri orta ağırdır.