Saytımızı qiymətləndirin


 
 

Paşinyan və arvadı ABŞ-a gedib
Tarix: 01-02-2025 | Saat: 17:14
Bölmə:Karusel / Dünya | çapa göndər

 

gedib

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla ABŞ-a gedib. 

Qarabaginfo.az bildirir ki, Nikol Paşinyan Vaşinqtonda Din Azadlığı üzrə 5-ci İllik Beynəlxalq Sammitdə, həmçinin “Milli Dua Səhəri” tədbirində iştirak edəcək və burada çıxışı da nəzərdə tutulub.

Onun ABŞ prezidenti ilə görüşü planlaşdırılmayıb.

Qeyd edək ki, Milli Dua Ziyafəti (National Prayer Breakfast) ənənəvi bir tədbirdir.  ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biridir. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılıb.

2015-ci ildeki Ziyafetde Azərbaycanı təmsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olub.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər