Saytımızı qiymətləndirin


 
 

Bakıda qadın müğənnini oteldə öldürən şəxs tutuldu, görün kimdir – FOTO
Tarix: 20-07-2021 | Saat: 21:40
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.(Manset.az)

 




Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər