Saytımızı qiymətləndirin


 
 

Qarabağda yeni siyasi vəziyyət: Ermənilər Azərbaycana əl uzadır?
Tarix: 08-04-2022 | Saat: 17:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 Qarabağda yeni siyasi vəziyyət: Ermənilər Azərbaycana əl uzadır?

Fərrux dağı ətrafında məlum hadisələr baş verəndə, daha doğrusu, Azərbaycan ordusu öz mövqelərinin yerini dəyişəndə bölgədə qanunsuz fəaliyyət göstərən separatçı rejim birbaşa Rusiyaya müraciət etdi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, hətta sülhməramlıların bölgədə sayının artırılmasını xahiş etdi. O cümlədən, Xankəndində təbii qazın dayandırılması prosesində də onlar Rusiyaya kömək istədilər.

Siyasi müşahidəçilər belə bir qənaətə gəliblər ki, son vaxtlar spearatçılar və Ermənistan hakimiyyəti arasında böyük bir aysberq yaranıb. Bu konfliktin yaranmasında isə Rusiyanın maraqlı olduğu bildirilir. belə ki, Moskva separatçılarn əli ilə Ermənistana təzyiq etmək istəyir.

Son günlər Hadrut və Şuşadan qaçan ermənilərin İrəvanda silsilə aksiyalar keçirməsi də buna dəlalət edir. Güman olunur ki, bu aksiyaların keçirilməsində rəsmi Moskva şəxsən maraqlıdır. Rusiya həmin separatçıları Paşinyan rejimin üstünə qaldıraraq “arxa bağçası” zənn etdiyi Cənubi Qafqazdakı əsas forpostundan imtina etməməkdə niyyətlidir.

Cəhənənmə gedən özünə yoldaş axtarar

Maraqlısı odur ki, hadisələrin bu səpkidə inkişafı Paşinyanın mənafeyinə uyğun qiymətləndirilir. Bəs yaxşı, Paşinyanın burada mənafeyi nədir?

Bir çox erməni analitiklər hesab edirlər ki, Paşinyan “Qarabağ erməniləri” adlı baş ağrısından qurtulmaq istəyir. Separatçılar isə “cəhənnmə gedən özünə yoldaş axtarar” prinsipinə cani-könüldən sədaqət göstərək öz bataqlıqlarında Ermənistanı da boğmaq istəyirlər.

Xüsusilə də Azərbaycanla sülh sazişi imzalandığı ərəfədə Paşinyanın belə addım atması çox vacibdir. Ona görə də Nikol Qarabağ ermənilərinin məsuliyyətini öz üzərinə götürüb Azərbaycanın tələblərindən boyun qaçırmaq istəmir. Elə Brüssel görüşündə onun Qarabağ ətrafında baş verən hadisələrdən daha çox sərhədlərin dəqiqləşdirilməsi və s. önəmli məsələlərdən danışması bunun sübutudur.

Bu hadisələrdən sonra ağlıma gələn tək bir fikir var: Ermənistanın Baş nazirini bir ovuc Qarabağ ermənisinin taleyindən çox kommunikasiyaların açılması, bütövlükdə isə Ermənistanın blokadadan çıxarılması maraqlandırır.

Tülkü dönüb dolaşar...

Xankəndinə qaz verilməsindən sonra isə regionda yeni siyasi şəraitin yarandığını söyləyə bilərik. “Güvəndiyi dağlara” qar yağdını görən Qarabağ ermənilərinin separatçı rejimin təzyiqinə baxmayaraq, problemlərinin həlli üçün bir başa Azərbaycana müraciət etməsi gözlənilir. Onların Azərbaycan ərazisində yaşadığını, tezliklə Azərbaycan vətəndaşları olacağını nəzərə alanda bu dialoqun baş tutması o qədər də çətin görünmür.

Amma hələlik separatçılar öz sərsəm idealogiyalarının üzərində dayanıblar. Amma "dəmir"in yumşalacağı gün çox da uzada deyil.

Necə deyərlər, “Tülkü dönüb dolaşar, yenə də kürkçü dükanına gələr”.(Yenisabah)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər