Tarix: 08-07-2021 | Saat: 13:12
Bölmə:Karusel / Səhiyyə / Multimedia | çapa göndər
“Artıq COVID-19-un “Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.
Bunu Qarabaqinfo.az-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyir
O qeyd edib ki, “Delta ştammı”nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.
H.Harmancı bildirib ki, Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır: “Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. “Delta ştammı”na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma “Delta ştammı” aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur”.
Digər xəbərlər