Tarix: 28-03-2018 | Saat: 10:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Son illər ərzində Azəbaycan Silahlı Qüvvələri zaman baxımından başqa dövlətlərin bacarmadığını edərək böyük inkişaf yolu keçib. Bunun nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclüləri, sayılanları sırasındadır”.
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, bu ordu müharibə şəraitində formalaşıb: "Baxmayaraq ki, müstəqilliyin ilk illərində ordunun maddi-texniki bazası, təchizatı yox səviyyəsində idi, əldə olan hərbi texnikanın da böyük bir hissəsi Birinci Qarabağ Müharibəsi dövründə sıradan çıxmışdı. Bundan əlavə, kadr, zabit çatışmazlığı vardı, olanlardan da xeylisi savaşda şəhid olmuşdu. Yəni Azərbaycan öz Silahlı Qüvvələrini demək olar ki, müharibə dövrünə formalaşdırmağa başladı. Lakin onun tam təşəkkül tapması və vahid komandanlıq altına keçməsi Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra baş verdi. Ona qədər isə könüllülər adı altında yalnız cürbəcür özünümüdafiə batalyonları, silahlanmış bölmələr var idi. Məhz bundan sonra Füzulidə Horadiz istiqamətində hərbi əməliyyat həyata keçirildi və 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Daha sonra ordumuz qanunlara, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq formalaşdı.
1994-cü ildə atəşkəs barədə ümumi razılıq əldə olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf etdi və hazırda beynəlxalq təşkilatların hesablamalarına görə, 130 dövlət arasında 56-cı yeri tutur. Bu gün əgər Azərbaycan Ordusu həmin statistik məlumatlara görə Ermənistan ordusunu 30 pilllədən çox qabaqlaya bilirsə və Cənubi Qafqazda ən güclü hesab edilirsə, bunun özü artıq böyük göstəricidir
Digər xəbərlər