Saytımızı qiymətləndirin


 
 

Emin Ağalarov faciə qurbanlarının ailələrinə 5 milyon ayırdı - Video
Tarix: 27-03-2018 | Saat: 21:08
Bölmə:Karusel / Dünya / Mədəniyyət | çapa göndər

 

Emin Ağalarov faciə qurbanlarının ailələrinə 5 milyon ayırdı

 


Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində əyləncə mərkəzindəki yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, biznesmen 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib:

“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.

E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdığı konsertini təxirə saldığını da bildirib.



Xəbəri paylaş

597 dəfə oxunub.

Digər xəbərlər
12-02-2024, 13:56 Mirzoyan Brüsselə gedir