Ana Sayfa > Karusel / Dünya / Mədəniyyət > Emin Ağalarov faciə qurbanlarının ailələrinə 5 milyon ayırdı
Emin Ağalarov faciə qurbanlarının ailələrinə 5 milyon ayırdı27-03-2018, 21:08. Yazar: Admin |
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, biznesmen 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib: “Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”. E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdığı konsertini təxirə saldığını da bildirib. Geri dön |