“Sözsüz, Şuşa Bəyannaməsindəki məsələlərin həllində Putinin də rolu özünü göstərəcək...”
Tarix: 18-06-2021 | Saat: 15:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
1316 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-06-2021 | Saat: 15:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İndiyədək Rusiya-Türkiyə münasibətlərində bu dərəcədə yaxınlıq, müttəfiqlik olmayıb...”
“Səhhətimlə əlaqədar Şuşa Bəyannaməsi ilə ətraflı tanış ola bilməmişəm. Amma hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında imzalanmış bu mühüm sənəd nəinki iki qardaş ölkənin, bütövlükdə regionun sülhə, sabitliyə qovuşması və inkişafında böyük rol oynayacaq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibov söyləyib.
“Belə düşünürəm ki, son illərdə Türkiyə lideri Ərdoğan nəinki regionda, dünya siyasətində də önəmli rol oynayan bir siyasətçidir. Və Qarabağ məsələsinin həllində, Azərbaycanın torpaqlarını işğaldan azad etməsində və bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında Türkiyə liderinin də əməyi böyükdür. Eləcə də Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafında Ərdoğanın rolu şəksizdir. Diqqət edin ki, 1920-ci illərdən bəri indiyədək Rusiya-Türkiyə münasibətlərində bu dərəcədə yaxınlıq, müttəfiqlik olmayıb. Odur ki, Türkiyə Prezidentinin Şuşadakı çıxışında vurğuladığı kimi, sözsüz ki, bu sənəddə qeyd olunan məsələlərin həllində, o cümlədən Zəngəzur dəhlizinin bərpa olunmasında Rusiya Prezidenti Putin də öz fədakarlığını nümayiş etdirəcək və onun rolu bir daha özünü göstərəcək. Necə ki, o, 44 günlük müharibə zamanı ədalətli mövqe nümayiş etdirdi. Həm də ona görə ki, Qarabağdakı problemlərin həlli və xüsusən Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya və Ermənistanın da xeyrinə olacaq. İnşallah, hər çey qaydasına düşər”-deyə sabiq dövlət başçısı açıqlamasının davamında vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
3-06-2025, 17:21
Rusiyada dəmir yolu körpülərinin partladılması nəticəsində 7 nəfər ölüb, 113 nəfər yaralanıb
23-10-2020, 19:27
Müdafiə Nazirliyi: “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”
12-07-2024, 14:38
Beqlaryanla bağlı qərar verildi - 15 il həbs!
17-05-2023, 21:03
Rusiyada meşə yanğınlarında ölənlərin sayı 22-ə Rusiyada meşə yanğınlarında ölənlərin sayı 22-ə çatıb
27-06-2022, 23:40
Gürcüstanın Lars gömrük-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib
30-11-2023, 10:23
Qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuzdur
1-03-2022, 17:30
Kliçko: “Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq“
12-01-2025, 09:36
Zaxarova: Kaliforniyada yanğınlarla mübarizədə məhbuslardan istifadə ikiüzlülükdür