Zaxarova: “Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir
Tarix: 17-06-2021 | Saat: 17:47
Bölmə:Karusel / Region | çapa göndər
1355 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-06-2021 | Saat: 17:47
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya vəziyyətin de-eskalasiyasına yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir. Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək. Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
5-06-2023, 21:18
Roma Papası İlham Əliyevə məktub göndərdi
25-01-2022, 16:23
İlham Əliyev Volodimir Zelenskiyə zəng edib
31-01-2025, 13:58
İmamoğlu ifadə verdi
6-10-2023, 11:57
“Dağlıq Qarabağ” yazılan mətn baxılmadan rədd edilməlidir
27-01-2022, 18:23
İran dövlət televiziyasına haker hücumu olub






" style="width: 670px; height: 340px;">









