Tarix: 16-06-2021 | Saat: 20:52
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden regional münaqişələri müzakirə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
O, amerikalı həmkarı ilə strateji sabitliyi, regional münaqişələri müzakirə etdiyini söyləyib: "Baydenlə strateji sabitliyə dair qurumlararası səviyyədə məsləhətləşmələrə başlamaq barədə razılığa gəldik".
Rusiya prezidenti Ukrayna münaqişəsinin Baydenlə görüşdə müzakirə olunub-olunmaması və hansı razılığa gəlinməsi barədə suala da cavab verib: "Ukrayna məsələsinə sammitdə toxunuldu. Ukraynanın NATO-ya daxil olması mövzusuna da ötəri toxunuldu".
Putin Ukrayna münaqişəsinin nizamlanmasının əsasında Minsk razılaşmasının dayanmalı olduğunu və bununla Baydenin də razılaşdığını bildirib.
Rusiya prezidenti amerikalı həmkarı ilə danışıqları konstruktiv adlandırıb.
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində Vladimir Putin və Co Bayden arasında danışıqlar keçirilib. Liderlərin danışıqları 4,5 saatdan çox davam edib. (Apa)
Digər xəbərlər