Saytımızı qiymətləndirin


 
 

“Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirmək üçün çox ciddi proses başlatmalıyıq...”
Tarix: 16-06-2021 | Saat: 20:18
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistanda seçki kampaniyasının başa çatmasına üç gün qalmış keçmiş prezident Robert Köçəryan rəqibi Nikol Paşinyana hücumları artırmaqla yanaşı Rusiyaya ünvanlanmış açıq mesajlar da verir. Məsələn, o bildirir ki, Rusiyanın Ermənistandakı hərbi iştirakını gücləndirmək lazımdır. Bir gün əvvəl isə Köçəryan Ermənistandakı “Soros şəbəkəsinin” fəaliyyətinin dayandırılacağını demişdi.

Seçicilərlə bu günkü görüşündə Köçəryan bildirib ki, qarşıda həm Ermənistanın müharibədə məğlub olmuş (daha doğrusu, darmadağın edilmiş,-red.) ordusunu bərpa etmək, həm də Rusiyanın hərbi iştirakını “daha müasir” hala gətirmək vəzifəsi dayanır. Onun fikrincə, buna nail olmaq mümkündür və lazımdır. Xüsusən də regiondakı proseslərin inkişafını nəzərə alanda.

Və Robik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda sülh, əməkdaşlıq, o cümlədən Rusiya və İranın da iştirak etdiyi 3+3 formatında regional əməkdaşlıq çağırışları etdiyi bir vaxtda regionda baş verənləri Türkiyə-Rusiya geosiyasi qarşıdurması kimi qələmə verməyə çalışıb.

“Biz Türkiyənin regionda artan rolunu görürük. Xəritəyə baxanda aydın olur ki, Türkiyənin ekspansiyası üçün yeganə çəkindirici amil Rusiyadır. Bundan çıxış edərək biz Rusiya ilə onun burada hərbi iştirakını gücləndirmək üçün çox ciddi proses başlatmalıyıq. Lakin ölkənin güclənməsi təkcə Rusiyanın hərbi iştirakı ilə şərtləndirilməli deyil”,-o bildirib.

Belə görünür ki, Rusiyanın Ermənistandakı hərbi iştirakını daha da gücləndirmək Köçəryanla Paşinyanın həmrəy olduğu yeganə məsələdir, çünki Paşinyan da öz çıxışlarında bunun zəruriliyi haqda danışır.

Bundan əvvəl isə Köçəryan Ermənistanda şərti olaraq “Soros şəbəkəsi” adlandırılan vətəndaş cəmiyyəti institutlarını təhlükə adlandırmışdı və bildirmişdi ki, hakimiyyətə gələndən sonra onların fəaliyyətini dayandıracaq. Aydındır ki, burada söhbət Paşinyanı hakimiyyətə gətirən, qərbə bağlı vətəndaş cəmiyyəti institutlarından gedir. (Virtualaz.org)



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər