Saytımızı qiymətləndirin


 
 

“Paşinyana səs verməyə hazır olan hər kəs bunu edəcək” 
Tarix: 15-06-2021 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Paşinyana səs verməyə hazır olan hər kəs bunu edəcək” 

Nikol Paşinyanın seçki ərəfəsindən 15 erməni diversantı Ağdamın xəritəsi müqabilində geri alması erməni siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Qarabaginfo.az xəbər verir ki, erməni politoloq Vigen Hakobyan Paşinyanın dəqiqələr içərisində əsirləri xəritə ilə dəyişməsinin seçkiyə hesablandığını vurğulayıb.

Hakobyan hesab edir ki, 15 diversantın qayıtmasına bir neçə tərəfdən baxmaq olar. Bir tərəfdən bu, açıq-aşkar müsbət tendensiyadır, digər tərəfdən isə olduqca təəccüblüdür. “Əgər mexanizmlər əvvəldən mövcud idisə, niyə insanlar seçkiqabağı dövrdən əvvəl geri qaytarılmadı? Deməli, bu addım seçkiyə hesablanıb”,-deyə o qeyd edib. 

Erməni politoloq bu prosesin davamlı olub-olmayacağının isə seçki nəticələrindən asılı olduğunu diqqətə çatdırıb. O, hakimiyyətin dəyişəcəyi təqdirdə növbəti idarəçiliyin bu şərtlərlə mübadiləyə razılıq verəcəyinin mümkün görünmədiyini vurğulayıb. Onun sözlərinə görə, minalanmış ərazilərin xəritəsinin təhvil verilməsi ağır xərc kimi görünə bilər.

Hakobyanın diqqəti cəlb etməyi vacib hesab etdiyi başqa bir məqam isə bu dəfə mübadilənin ABŞ və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilməsidir. Erməni ekspert  bu xəttin  gələcəkdə fəaliyyətini davam etdirəcəyini proqnozlaşdırmadığını bildirib.

“Azərbaycan hazırda  mina xəritələri və Sünikdən keçən dəhlizlə bağlı maraqlarını gizlətmir. Yaxşı bir natiq bundan istifadə edərək daha çox əsiri geri qaytara bilər. Çünki mövcud səlahiyyətlilər nəinki məhbusların güzəştsiz geri qaytaracağına ümid etmirlər, hətta bəzi sualları verməyə belə cəsarətləri çatmır. Emosiyalar azaldıqca Azərbaycana təhvil verilən kartların təhlükəsizlik və müzakirə mənbəyi baxımından necə mühüm əhəmiyyətə malik olduğu ortaya çıxacaq”,-deyə ekspert əlavə edib.

Əsirlərin  hazırkı hakimiyyət orqanlarının reytinqinə hansı səviyyədə təsir edəcəyinə gəldikdə isə Hakopyan ciddi təsirin müşahidə edilməyəcəyini bildirib:

“Paşinyana səs verməyə hazır olan hər kəs bunu edəcək. Ona səs verməklə bağlı qərarsızlıq yaşayan 30-40 faiz qüvvəyə isə baş verənlər təsir göstərməyəcək”.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər