Saytımızı qiymətləndirin


 
 

Moldova-Bakı dramının sonu: ata qızı ilə görüşdü
Tarix: 14-06-2021 | Saat: 18:55
Bölmə:Karusel / Multimedia | çapa göndər

Aktual14 iyun — 18:48

7 yaşlı qızını Bakıda Milli Məclisin deputatı Ramil Həsənin mənzilində tapan moldovalı İngiltərə vətəndaşı, məşhur iş adamı Almari Vael Süleymanın (Almaree Wael Sulaiman) dramatik əhvalatı ilə bağlı virtualaz.org-un yazdığlarına Azərbaycanın dövlət idarələrində də reaksiya veriblər.

Xatırladaq ki, qızın anası azərbaycanlı deputatla ailə qurub və Kişinyovdan Bakıya köçüb. Millət vəkili və həyat yoldaşı qızın atası ilə görüşməsinə mane olublar.

Almari Vael Süleyman qanunsuz olaraq Bakıya gətirilən qızı ilə görüşmək üçün Azərbaycanın müvafiq strukturlarına və məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdı.

Azərbaycan Ədliyyə Nazirliyi virtualaz.org-un redaksiyasına, ictimai rezonansa səbəb olan bu səs-küylü əhvalatın nəticələrinə aydınlıq gətirən məktub göndərib.

Ədliyyə Nazirliyi məktubunda ailə sirrini təşkil edən məxfi məlumatların və tərəflərin hüquqlarının qorunmasına əsaslanaraq bildirir ki, 25 may 2021-ci ildə Nəsimi Rayon Məhkəməsi İngiltərə vətəndaşı Almari Vael Süleymanın yetkinlik yaşına çatmayan uşağı ilə ünsiyyət hüququnun təmin edilməsi barədə müraciətinə baxıb. Məhkəmə belə qərara gəlib ki, ata hər bazar günü qızı M. (2014-cü il təvəllüdlü) ilə görüşmək hüququna sahibdir. Beləliklə, məhkəmə öz qərarı ilə  A.V.Süleymana valideynlik hüquqları qəti müəyyənləşənə qədər qızı ilə görüşmək hüququ verib.

Nazirliyin məlumatına görə, Nəsimi rayon İcra İdarəsi tərəfindən 13 iyun 2021-ci il tarixində həyata keçirilmiş icra tədbirləri nəticəsində Almari Vael Süleyman, anası  Hasan (Lunqu) Nikolai Yekatrinanın iştirakı iıə uşaqla görüşüb və hər iki tərəf məhkəmə qərarının icrasının nəticəsindən razı qalıb.

 



Xəbəri paylaş

1370 dəfə oxunub.

Digər xəbərlər