Tarix: 14-06-2021 | Saat: 16:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin görüşü başlayıb.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə giriş nitqi söyləyən baş katib Yens Stoltenber bildirib:
“Müasir dövrün təhlükəsizliklə bağlı təhdidlərinə heç bir ölkə təkbaşına tab gətirə bilməz. Avropa və ya Şimali Amerika tək deyil, NATO-nun daxilində hamımız birik. Biz bir olanda təhlükəsizliyimizə qarşı hər cür təhdidin öhdəsindən gəlmək iqtidarındayıq. Bu gün gələcəyin gündəmi olan “NATO 2030” təşəbbüsünü təsdiqləməklə təşkilatımızın tarixində yeni səhifə açacağıq”.
Xatırladaq ki, görüşün gündəliyində Rusiyanın təcavüzkar siyasəti, terrorçuluqla mübarizə, kiber hücumlar və pozucu texnologiyalar, Çinin rəqabəti, iqlim dəyişikliyinin təhlükəsizlik baxımından fəsadları kimi mövzular daxildir. Bununla yanaşı, 2022-ci ildə keçiriləcək növbəti zirvə görüşündə təsdiqlənməsi nəzərdə tutulan yeni strategiya konsepsiyası üzərində çalışmalara başlamaq qərarı da veriləcək.
Digər xəbərlər