Saytımızı qiymətləndirin


 
 

“Mən bilirəm ki, pul çox şeydir, amma hər şey deyil” – Deputatdan sərt açıqlama 
Tarix: 08-06-2021 | Saat: 09:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Kəlbəcərdə minaya düşən jurnalistlər - Sirac Abışov və Məhərrəm İbrahimovun şəhid olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə təəssüflə qeyd edilir ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər.

Lakin bəyanat yayan jurnalistlərin siyahısında Avropadakı müxalif jurnalistlər, hakimiyyəti sərt şəkildə tənqid edən yazarlar, “yutub blogerləri”nin adları yoxdur. Halbuki iqtidara “od püskürən” mühacirətdəki tənqidçi jurnalistlər, hətta söyüşcül blogerlər bir dəfə də olsun erməni cinayətinə və bunu sükutla qarşılayan Qərb təşkilatlarına adekvat reaksiya verməliydilər. Eyni zamanda Avropa ölkələrində yerləşən Ermənistan səfirlikləri önündə piket keçirmək olardı. Bundan başqa, Avropada kifayət qədər müxalifət partiyalarının üzvləri yaşayır. AXCP, Müsavat, ADP və digər siyasi təşkilatlardan mühacirlər jurnalistlərin minaya düşməsinə susan beynəlxalq qurumlara etiraz etməliydilər.

Yazıçı-deputat Aqil Abbas “Yeni Müsavat”a bildirib ki, xaricdəki həmin blogerlərdən heç nə gözləməyin: “Onlar elə bil ermənidirlər. Hələ biri müsahibəsində deyir ki, ermənilər sülh istəyir, Azərbaycan isə müharibə aparır. İnsan nə olmalıdır ki, bunu deməlidir? Mən bilirəm ki, pul çox şeydir, amma hər şey deyil. Qranta görə nələr edirlər. Bu, çox ağır məsələdir. Millətin içində qanı qarışıq olanlar var. Özü də belələri  jurnalist deyillər, yutubda kanal açıblar, Azərbaycanı söyürlər, milli- etnik zəmində dava salmağa, dini ayrı-seçkilik yaratmağa çalışırlar ki, buna görə pul alsınlar. Onların Aşotdan fərqi yoxdur”.

A.Abbas qeyd etdi ki, həmin adamlardan nəsə gözləməyimiz sadəlövhlük olardı: “Beynəlxalq təşkilatlar da uzaqbaşı başsağlığı verər. Necə ki, Rusiya bu hadisəni ”zərərgörmüş" adlandırır. Nə zərərgörmüş, faktiki diversiyanın terrorudur. Ona görə onlardan heç nə ummayaq. Çalışaq ki, Türkiyə və Azərbaycan diasporları birgə addım atsınlar.

Eyni zamanda Qərb təşkilatlarından da heç nə gözləməyə dəyməz. Amma biz danışmalıyıq, sözümüzü deməliyik. Onlar eşidənə qədər sözümüzü deyəcəyik, təpələrinə yumruq qoymuşuq, çünki güclə hesablaşırlar, yenə başlarını əzəcəyik".



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70