Saytımızı qiymətləndirin


 
 

“Rusiya var, olub və olacaq” – Putin açıq  danışdı
Tarix: 08-06-2021 | Saat: 09:11
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya var, olub və olacaq” – Putin açıq  danışdı

Rusiyanın Prezidenti Vladimir Putin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilk növbədə, Rusiyanın maraqlarına hörmətlə yanaşmağı öyrənməlidir, çünki həmin maraqlar «olub, var və olacaq».

Dövlət başçısı bu bəyanatı Peterburq beynəlxalq iqtisadiyyat forumunda (PBİF) səsləndirib. O, qeyd edib ki, Rusiya tərəf Amerika hakimiyyəti ilə mövcud maraqlara zərbə vurmaq istiqamətində heç bir addım atmayıb.

«Rusiya-Amerika münasibətlərini bugünkü vəziyyətə biz sıxışdırmamışıq. Bunu biz etmədik. Biz, Rusiya-Amerika münasibətlərinə zərər vurmaq istiqamətində birinci olaraq, heç bir addım atmamışıq» - “RİA Novosti” agentliyi Putindən sitat gətirir. O, xatırladıb ki, iki ölkə arasında münasibətlərin korlanması üzrə təşəbbüs ABŞ-dan gəlib.

«Məgər ABŞ-a qarşı sanksiyaları biz tətbiq etmişik? ABŞ bizə qarşı sanksiya tətbiq edib və hər addımda tətbiq edir və ümmiyyətlə, heç bir səbəb olmadan. Yalnız ona görə ki, biz, varıq. Ancaq bununla barışmaq lazım gələcək. Rusiya var, olub və olacaq. Necə ki, ABŞ var və olacaq - o, dünyada əhəmiyyətli rol oynayır» - Prezident bildirib.

Putin arzularını belə ifadə edib ki, Amerika perspektivdə anti-Rusiya siyasətindən imtina edəcək və dünyada sabitləşdirici rol oynamağa başlayacaq. Bundan çıxış edərək, Rusiya lideri inandığını bildirib ki, Amerika pezidenti Co Baydenlə iyunun 16-dakı Cenevrə görüşü konstruktiv yöndə keçəcək.

 



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər