Saytımızı qiymətləndirin


 
 

Rusiya “Koçaryan kartı“nı işə saldı: Kreml bununla nəyə nail olmaq istəyir? - ŞƏRH
Tarix: 06-04-2021 | Saat: 15:12
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya “Koçaryan kartı“nı işə saldı: Kreml bununla nəyə nail olmaq istəyir? - ŞƏRH

 

Ermənistanın eks-prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacaq. O, bu niyyətini bəyan etdikdən sonra Rusiyaya yola düşüb. Keçmiş dövlət başçısı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə onlayn şəkildə görüşüb. Tərəflər bir saata yaxın vaxt ərzində danışıqlar apararaq, regionda və Ermənistanda mövcud olan vəziyyəti müzakirə ediblər. Bununla yanaşı, sabiq prezident Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə də verib. Jurnalistin müxtəlif mövzulara dair suallarını cavablandıran Koçaryan İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətindən, erməni ordusunun acınacaqlı durumundan söhbət açmaqla bərabər, bir sıra mesajlar da verib.

Yenisabah.az xəbər verir ki, R.Koçaryanın səsləndirdiyi fikirləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla R.Koçaryandan müsahibə götürüb:

“Kreml rəhbəri bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Koçaryanın ölkəsindəki aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, buna görə də heç olmasa parlamentdə ana müxalifət statusunu qazandırmağa çalışır.

O ki qaldı Koçaryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan indiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər