Saytımızı qiymətləndirin


 
 

"PKK-çılar türk əsgərlərini necə şəhid edirsə, Kəlbəcərdə baş verən də bunun başqa bir şəklidir"
Tarix: 06-06-2021 | Saat: 21:12
Bölmə:Karusel / Dünya | çapa göndər

“Biz Ermənistan rəsmilərinin ağıllarını başlarına yığmalarını gözləyirik”

Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O, Ermənistanın bir terror dövləti olduğunu bildirib:

“Ermənistan minalanmış əraqzilərin xəritəsini verməyərək insanlıq və müharibə cinayəti işləməkdə davam edir. Bu bütün dünyanın gözünün önündə cərəyan etməkdədir. Buna qarşı beynəlxalq cameənin, insan haqlarının, bir sözlə, hər kəsin səfərbər olması lazımdır. Bir jurnalistin ölümü bütün jurnalistlərin ölümüdür. Dünyanın digər ölkələrindəki jurnalistlərin buna təpki göstərməsi və açıqlama verməsi lazımdır. Biz bunu gözləyirik. Jurnalistlərin şəhid olmasını Azərbaycan xalqı necə qəbul edirsə, Türkiyə xalqı da elə hiss edir. Bu bir terror hadisəsidir. PKK-çılar türk əsgərlərini necə şəhid edirsə, Kəlbəcərdə baş verənlər də da bunun başqa bir şəklidir. Ermənilər dinc əhalini şəhid edib terror aktı törədir. Ermənistan bir terror dövlətidir. Ermənilərin artıq keçmişi unudub gələcəyə baxmaları lazımdır. Biz nəhayət Ermənistan rəsmilərinin ağıllarını başlarına yığmalarını gözləyirik”.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər