Tarix: 14-07-2022 | Saat: 13:48
Bölmə:Karusel / Təhsil | çapa göndər
İctimai müzakirələrdən, müraciətlərdən sonra Dövlət İmtahan Mərkəzi 2023-cü ildə qəbul planına dəyişiklik edib. Belə ki, 1-ci ixtisas qrupunda kompüter və İT ixtisasını seçən abituriyentlər kimya yox, informatika fənni üzrə imtahan verəcəklər.
Amma məlum olduğu kimi, məktəblərimizdə informatikanın tədrisi olduqca aşağıdır. Bu dərsin tədrisi üçün lazımi vəsaitlərin, avadanlığın olmaması bir yana, müəllim çatışmazlığı başqa bir problemdir. Ümumiyyətlə əksər məktəblərdə informatika cədvəlin son saatına salınır ki, şagirdlər dərs keçilmədən, rahatlıqla evə göndərilsin.
Hətta bəzən informatika fənnini riyaziyyat müəllimləri tədris edir. Düzdür, qəbul imtahanına hazırlaşan abituriyentlər daha çox məktəbə yox, repetitorlara üz tuturlar. İnformatika fənnini yaxşı bilən müəllimlər isə yox dəcəsədindədir. Xüsusi mərkəzlərdə isə əlavə tədris üçün olduqca yüksək məbləğ tələb edilir...
K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzinin hələ ki informatika fənninə aid test bazası yoxdur:
“Dövlət qulluğuna, magistratura pilləsinə qəbul imtahanları zamanı hazırlıq kurslarının informatika materiallarından istifadə edilir. Qəbul sisteminə dəyişikliklər və bu sahəyə aid islahatlar tədris ili başlayandan sonra edilməli deyil. Yenə etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri deyil. Məlumdur ki, 1-ci ixtisas qrupu üzrə abituriyentlər artıq 7-8-ci siniflərdən kimya fənni üzrə hazırlaşmağa başlayırlar. Çünki kimya digərləri ilə müqayisədə bir az çətin fənn hesab edilir. İnformatika fənninə görə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlər arzularının üstündən xətt çəkə bilərlər”.
Ekspert deyib ki, Təhsil Nazirliyi orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı müəyyən addımlar atmalıdır:
“Nəzərə almaq lazımdır ki, hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı informatika fənnindəndir. Baxmayaraq ki, informatika fənni əsas fənlər kimi 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur. Mövcud dərsliklərimiz test tapşırığı hazırlamağa uyğun deyil, informatika qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Yəni biz birdən-birə nümunə testini hazırlayıb, vəziyyətdən çıxa bilmərik. Biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin imtahana əlavə edilib tətbiqinə başlanılması yeniliyə uyğun olmayacaq. Bunu düzgün qiymətləndirmirəm".
Onun sözlərinə görə, müasir dünyanı informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür.
K.Əsədov deyib ki, Azərbaycanda da informasiya texnologiyalarına (IT - Information Technology) artan maraq vətəndaşlarımız arasında bu sahə ilə bağlı dərin biliklərə yiyələnməyi labüd edib”.(modern.az)
Digər xəbərlər