Saytımızı qiymətləndirin


 
 

Moskvada baş tutan Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli görüşünün təfərrüatları məlum olub
Tarix: 04-06-2021 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Son bir neçə gündə Ermənistan və Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskvada sərhəd zonasında baş verən son hadisələrlə bağlı fəal şəkildə danışıqlar aparırlar.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yerli “Hraparak” qəzeti yazıb.

"Dünənki danışıqlar heç bir nəticə verməyib. Səbəblərdən biri də odur ki, ilk növbədə digər iki tərəf üçün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Arşak Karapetyanın özünü erməni tərəfdən təmsilçi kimi təqdim etməsi qəbuledilməz olub. Görünən odur ki, onlar daha yüksək səviyyəli bir məmur gözləyirdilər. Karapetyan tərəfləri özünün Ermənistanda ikinci məmur olduğuna nə qədər inandırmağa çalışsa da, onlar öz mövqelərində qalıblar. Bundan əlavə, Rusiya tərəfi də çox aktiv səy göstərməyib.

Moskvada belə vacib bir məsələnin müzakirəsi zamanı isə Paşinyan Fransaya səfər edərək Emannuel Makronla görüşür. Bu səbəbdən, ruslar danışıqların uğurlu olacağı və Azərbaycan qoşunlarının geri çəkiləcəyi təqdirdə Paşinyanın buna görə Qərb müttəfiqlərinə təşəkkür edəcəyini düşünürlər. Rusiya mənbələri ermənilərin avropalılara ümid bəslədikləri müddətdə aktiv olmayacaqlarını gizlətmirlər. Növbəti üçtərəfli görüşün tarixi belə müəyyənləşdirilməyib", - deyə qəzetin məqaləsində bildirilib.



Xəbəri paylaş

1430 dəfə oxunub.

Digər xəbərlər