Saytımızı qiymətləndirin


 
 

Koçaryan Zəngəzur dəhlizindən danışdı, Paşinyanı TƏHQİR ETDİ
Tarix: 01-06-2021 | Saat: 16:15
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın eks-prezidenti Robert Koçaryan Rusiyanın “RBK” telekanalına geniş müsahibə verib. 

Qarabaginfo.az xəbər verir ki, Koçaryan 44 günlük müharibənin başlanma səbəblərini sadalayıb.

 

“Azərbaycan hərbi münaqişəni hakimiyyətin “Qarabağ-Ermənistandır” açıqlaması ilə legitimləşdirdi. Bu da danışıqlar prosesini dalana saldı. Çünki Qarabağın müstəqilliyi barədə tələb öz müqəddəratını təyinetmə prinsipi üzərində idi. Paşinyan isə məsələni ərazi bütövlüyü çərçivəsinə saldı. Müdafiə naziri David Tonoyanın “yeni ərazilər-yeni müharibə” açıqlaması isə Bakını Ankara ilə daha sıx əlaqə qurmağa sövq etdi”.


Koçaryan Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də açıqlayıb.

“Zəngəzurdakı vəziyyət sərhədlərin qorunmasının lazımlı səviyyədə olmamasını və ordunun zəiflədiyini göstərir. Azərbaycanın Naxçıvana zor gücü ilə dəhliz açmaqdan yalnız Ermənistanda Rusiyanın hərbi mövcudluğu faktoru saxlayır”.

 

Robert Koçaryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Ermənistanla müqayisədə Azərbaycanla daha sıx münasibətləri olduğunu da təssüflə söyləyib. (Modern.az)

 

Paşinyanı “siyasi liliput” adlandıran Koçaryan parlament sisteminə keçidi və baş nazirin əlində bu qədər böyük səlahiyyətin olmasını yanlışlıq adlandırıb.



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər