Saytımızı qiymətləndirin


 
 

Ziya Selçuk: "Şuşada inşa ediləcək məktəbdə türkiyəli müəllimlərin də dərs keçməsi planlaşdırlır"
Tarix: 01-06-2021 | Saat: 12:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ziya Selçuk: Şuşada inşa ediləcək məktəbdə türkiyəli müəllimlərin də dərs keçməsi planlaşdırlır - EKSKLÜZİV

Ziya Selçuk

“Şuşada inşa ediləcək məktəbdə nəyə ehtiyac olarsa hamısı qarşılanacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a eksklüziv müsahibəsində Türkiyənin milli təhsil naziri Ziya Selçuk deyib.

Onun sözlərinə görə, bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulub: “Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var”.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Ziya Selçuku qəbul edib. Dövlət başçısı qəbulda bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilən bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb.

R.T.Ərdoğan iyunun 15-də Azərbaycana gələcək. Şuşaya səfər isə iyunun 16-na planlaşdırılıb.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər