Saytımızı qiymətləndirin


 
 

"Ruslar, qazaxlar, türkmənlər gəlib sərhədimizi qorumalıdır?" - Ermənistanın sabiq baş qərargah rəisi
Tarix: 01-06-2021 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Ermənistana ümumiyyətlə kim rəhbərlik edir? Kimsə rəhbərlik edir, yoxsa başda Müdafiə Nazirliyi var?”

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş qərargah rəisi general-leytenant Norat Ter-Qriqoryants deyib.

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirən Ter-Qriroryants vəziyyəti “biabırçılıq” adlandırıb:

"Qoşunlarımıza nə olub? Bu nədir? Niyə azərbaycanlıların ərazimizə girməyinə ümumiyyətlə icazə verirlər? Bu pozuntu deyilmi? Ölkənin təhlükəsizliyindən ordu cavabdehdir, Müdafiə Nazirliyi haradadır, müdafiəni necə təşkil ediblər? Əsəbiləşirəm. Ayıbdır

Cənab baş nazir, öz sərhədinizi təşkil edə bilmirsinizsə KTMT-yə necə müraciət edirsiniz? Ruslardan, qazaxlardan, türkmənlərdən, özbəklərdən birinin gəlib sərhədinizi qorumasını istəyirsiniz?", - keçmiş nazir bildirib.



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər