Saytımızı qiymətləndirin


 
 

Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - FOTO
Tarix: 01-06-2021 | Saat: 08:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır:

""Zəfər yolu" avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır".

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək. (Trend)

 



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər