Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - FOTO
Ana Sayfa > Karusel / Qarabağ > Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - FOTO

Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - FOTO


1-06-2021, 08:13. Yazar: Admin

 

İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır:

""Zəfər yolu" avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır".

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək. (Trend)

 


Geri dön