Saytımızı qiymətləndirin


 
 

ABŞ fevralda nəzarətə götürdüyü “Achilleas” tankerindəki 2 milyon barel nefti satıb
Tarix: 01-06-2021 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər

#

ABŞ bu ilin fevral ayında İran neftini daşıması şübhəsi ilə nəzarətə götürdüyü “Achilleas” tankerindəki, təxminən 2 milyon barel nefti sataraq 100 milyon dollar qazanc əldə edib.

Qarabaginfo.az  xəbər verir ki, Liberiya bayrağı altında üzən tanker fevralın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə sahillərində saxlanılmışdı və sonradan Texas ştatının Hyuston şəhərinə gətirilmişdi.ABŞ Ədliyyə Nazirliyi tankerin yük daşınması ilə bağlı sənədlərində saxtalıqlar aşkar etmişdi. ABŞ müstəntiqlərinə görə, neft İran ordusunun elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olub və Çin bazarına aparılması nəzərdə tutulmuşdu.

ABŞ Prokurorluğu ölkədə SEPAH-ın terror təşkilatı elan edilməsini əsas gətirərək məhsula antiterror əməliyyatı çərçivəsində sanksiya tətbiq etmişdi.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər