Saytımızı qiymətləndirin


 
 

Türkiyəli alimlərin hazırladığı vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq
Tarix: 31-05-2021 | Saat: 20:09
Bölmə:Karusel | çapa göndər

 

#

COVID-19 xəstəliyi əleyhinə Türkiyəli alimlər tərəfindən tapılan vaksinin klinik tədqiqatlarının 3-cü fazası Azərbaycanda da aparılacaq.

Qarabaginfo.az xəbər verir ki bu barədə bu gün TƏBİB İdarə Heyəti yanında Tibbi Elmi Komitə ilə Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla mübarizə Elmi Şurası arasında hazırkı vaksinasiya prosesinin müzakirəsi edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə videokonfrans formatında keçirilən görüşdə fakir mübadiləsi aparılıb və razılığıa gəlinib.

Bu istiqamətdə atılacaq növbəti addımların Türk Sağlamlıq İnstitutları (TÜSEB) Başkanı, professor Erhan Akdoğan və TƏBİB-in Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev tərəfindən koordinasiya edilməsi qərarlaşdırılıb.

 

 



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər