Saytımızı qiymətləndirin


 
 

"Azərbaycanlıların qurduğu yeni postlar kəndə çox yaxındır" - Erməni kənd sədri
Tarix: 31-05-2021 | Saat: 16:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

title

“Bu bir neçə gündə heç nə dəyişməyib, vəziyyət eynidir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri hazırkı Ermənistan Respublikasının Qeğarkunik bölgəsindəki Norabak (Böyük Qaraqoyunlu və ya Əzizli - red.) kəndinin bələdiyyə sədri Vazgen Asatryan sərhəddəki hadisələrə münasibət bildirərkən deyib.

“Heç olmasa bununla bağlı bir tədbir görmək üçün danışıqlar belə aparılmayıb. Azərbaycan tərəfinin qurduğu yeni postlar yaşayış məntəqələrinə çox yaxındır, 3-4 km məsafədədir. Artıq bir ailə kəndi tərk edərək Çəmbərəkə gedib. Digərləri də gedə bilər. Artıq bu vəziyyətə öyrəşmişik”, - Asatryan qeyd edib.

Qeyd edək ki, Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kəndin rаyоn mərkəzi Göyçə mahalının Bаsаrkeçər rayonundan 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılıb.(Qazet.az)



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər