Tarix: 27-05-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər
“Layihədə Şuşa şəhərinin publik hüquqi şəxs tərəfindən idarə olunacağı qeyd olunub. Amma bizim konstitusiyada yerlərdə idarəetməni icra hakimiyyəti və bələdiyyələr həyata keçirir. İdarəetmənin formasını Milli Məclisin dəyişmək hüququ yoxdur”.
Qarabaginfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu məsələ tənzimlənməlidir: “İkincisi layihədə yazılıb ki, şəhərə giriş-çıxış tənzimlənəcək. Bu necə tənzimlənəcək? Maşınların, insanların ora giriş-çıxışı tənzimlənsə orada böyük tıxac yaranacaq.
İkincisi, bu tənzimlənmə zamanı pul alınacaqmı? Yaxud kimlərin girişinə icazə veriləcək? Mən bilirəm ki Azərbaycanda hər kəs gedib Şuşanı görmək istəyər. Şuşalıların ora qayıdışı təmin olunandan sonra da bu məsələlər öz həllini necə tapacaq? Bu şəhər qoruq elan olunmaqla bütünlüklə şəhərin idarəetmə sistemini dəyişə bilmərik. Orada yaşayan insanların müvafiq idarəetməsi olmalıdır. Bu, konstitusiyada öz əksini tapıb”.
Digər xəbərlər