Saytımızı qiymətləndirin


 
 

“Toy məclislərinə icazə verilsin” - Deputat Milli Məclisdə məsələ QALDIRDI
Tarix: 31-05-2021 | Saat: 11:30
Bölmə:Karusel / Sosial | çapa göndər

“Toyların təşkilinə və teatrların fəaliyyətinə icazə verilməsini xahiş edirik”.

Qarabaginfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Qənirə Paşayeva çıxış edib.
O, əhalinin istəyinin bu istiqamətdə olduğunu söyləyib:

“COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik.

Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək.

Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir.

Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”. (Moderm.az)




Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər