Saytımızı qiymətləndirin


 
 

Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...-Rusiya mediası-FOTOLAR
Tarix: 22-05-2021 | Saat: 14:21
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...-Rusiya mediası-FOTOLAR
Qaragölün yaxınlığında minlərlə Azərbaycan hərbçisi toplanıb...”
 
“Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır".
 xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu sözləri Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik mərzinin(keçmiş Gorus rayonu)  sərhədində yerləşən Xoznavar kəndinin sakinləri söyləyib.  
 
“...“Zangezur TV”-nın yaydığı xəbərə görə, Azərbaycan Silahlı Qüvvələri  Tex(yaxud Dığ-S.L.) icmasına doğru irəliləyib və Xoznavar kəndinin yüksəkliklərində yerləşib. Nəticədə icmanın bir hissəsi olan Xoznavar kəndi birbaşa Azərbaycan qüvvələrinin hədəfində qalıb.
İcma sakinləri bildiriblər ki, kənd hazırda Azərbaycan mövqelərindən 2 kilometr məsafədədir. 
 
"Azərbaycanlılar erməni hərbçilərinin  gözü qarşısında kəndin otlaqlarını ələ keçirərək irəliləyiblər. Erməni əsgərlər atış əmrinin olmadığını söyləyiblər. Bizə, kəndlilərə silah paylansın, biz özümüzü qoruyacağıq, ordumuzun yanında duracağıq"-  Xoznavar kəndindən olan Sevada Alaverdyan belə deyib. 
 
Hrayr Avanesyan da həmkəndlisini dəstəkləyib. 
“Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır. Ya biz, ya da onlar. Qaçacağımız bir yerimiz yoxdur, öz torpaqlarımızdayıq", - deyə  erməni bildirib.
 
Çoban Vrej Abrahamyan da "mühafizəsi üçün" silah tələb edib. Onun sözlərinə görə, mayın 20-də otlaqda mal-qara otararkən “təpədən-dırnağa silahlanmış"  30-40 azərbaycanlı hərbçi görüb. 
 
"Qaragöl tərəfdən bir neçə kilometr bəri gələrək  kəndimizə çatdılar. Dedilər ki, onlara belə bir əmr var. Dönmələri üçün əmr veriləndə  geri dönəcəklər"-  Rusiya nəşrinin müxbiri çobanın sözlərini belə tərcümə edib.
 
Abrahamyanın sözlərinə görə, azərbaycanlılar içməli su mənbəyində mövqe tutub və "kəndlilər artıq bu sudan istifadə etmirlər, suyu kənddən bir az aralıdan götürürlər". 
 
"Azərbaycanlıların postu kənddən görünür, bayraqlarını da orada ucaldıblar"- deyib  daha bir kənd sakini. Onun sözlərinə görə, "aşağıda, Qaragölün yaxınlığında, minlərlə Azərbaycan hərbçisi toplanıb. “Onlar birbaşa içməli suyumuzun mənbəyinə eniblər. Artıq heyvanları da otlaqlara çıxarmırıq, kənddə saxlayırıq"- deyə erməni kəndli əlavə edib.
Azərbaycan qoşunları “İşxanasar”(İşıqlıdağ) yüksəkliklərindən enərək Ermənistanın yaşayış məntəqələrinin yaxınlığına nüfuz ediblər”- deyə icma rəhbəri Varo Qriqoryan jurnalistə verdiyi şərhdə bildirib. Onun sözlərinə görə, "kənddən olan könüllülər də erməni hərbçilərin yanındadır. (Moderator.az)
 


Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər