Saytımızı qiymətləndirin


 
 

Bakıda evlərdən 15 min manatlıq oğurluq edən şəxslər tutuldu
Tarix: 11-08-2022 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda evlərdən 15 min manatlıq oğurluq edən şəxslər tutuldu

 


Bakıda evlərdən 15 min manatlıq oğurluq edilib.

Qarabaginfo.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarsəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 7 evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri C.Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

207 dəfə oxunub.

Digər xəbərlər