Tarix: 22-05-2021 | Saat: 13:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, prezidentin təhlükəsizlik xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında) qulluq (xidmət) illərinin və dövlət qulluğu stajının qarşılıqlı nəzərə alınacaq.
Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin mayın 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil ediləcək. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdyi orqan (qurum) təsdiq edəcək.
Digər xəbərlər