Tarix: 30-12-2021 | Saat: 10:31
Bölmə:Karusel / Sosial | çapa göndər
Dekabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 44 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Digər xəbərlər