Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın iki şəhərində Azərbaycan Milli Günü elan olunub
Tarix: 21-05-2021 | Saat: 21:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ-ın iki şəhərində Azərbaycan Milli Günü elan olunub - YENİLƏNİB

ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Qarabaginfo.az Report.az-a istinadən xəbər verir ki, qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti ilə alınıb.

T.Eminova şəhər meri ilə görüşdə Azərbaycanın müstəqillik tarixi haqqında danışıb, ölkəmizin qədim və zəngin mədəniyyətindən bəhs edib.

Şəhər meri Floridadada yaşayan azərbaycanlıların fəaliyyətini alqışladığını bildirib və onların regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa xidmət etdiklərini deyib. D.Cava Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamənin Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Amerikalı mer mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.

19:50

ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2021-ci il mayın 28-ni Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşəbbüsü ilə qəbul olunub.

E.Veysman bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulayaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu qeyd edib. Bəyannamədə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs olunub.

Mer mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

 

 

 

 

 



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər