Saytımızı qiymətləndirin


 
 

Növbədənkənar prezident seçkiləri üçün seçki bülletenlərinin hazırlanması aprelin 1-dək başa çatacaq
Tarix: 06-02-2018 | Saat: 17:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

novbedenkenar prezident seckileri ucun secki bulletenlerinin hazirlanmasi aprelin 1 dek basa catacaq

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planında əksini tapıb.

 

Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır.

 

MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.

 

MSK-nın Katibliyinin İnformasiya Mərkəzi səsvermə günü - aprelin 11-də seçici fəallığı ilə bağlı ilkin məlumatları gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da açıqlayacaq.



Xəbəri paylaş

605 dəfə oxunub.

Digər xəbərlər