Saytımızı qiymətləndirin


 
 

"Rusiya Ermənistan və Azərbaycanla daim təmasdadır" - Peskov
Tarix: 17-05-2021 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Rusiya rəsmi Bakı və Yerevanla daim təmasdadır, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların alternativsiz yerinə yetirilməsinin tərəfdarıdır”.

Qarabaginfo.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Azərbaycan-Ermənistan sərhədindəki son hadisələrə münasibət bildirən Peskov "gərginliyin aradan qaldırması və vəziyyətin düzəldilməsi üçün aktiv səylərin göstərildiyini" bildirib.

Xatırladaq ki, Sünik vilayətinin keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər